Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

10 saniyə tək ayaq üstə dura bilmirsinizsə...

Yeni bir araşdırma, 10 saniyə bir ayaq üstə dayana bilməyən orta və daha yaşlı insanların 10 il ərzində ölmə ehtimalının iki dəfə çox olduğunu ortaya qoyub. Bu məlumat bazasında qeydiyyatdan keçmiş şəxslərin sağlamlıq vəziyyəti ilə idman fəaliyyətləri arasındakı əlaqə illərdir izlənilir.

Publika.az yeni araşdırmada 2009-2020-ci illər arasında izlənilən 1702 iştirakçıdan ibarət qrup qiymətləndirilib. Bu iştirakçılar təkrar müayinələrə çağırılıb. Onlardan heç bir dəstək olmadan 10 saniyə bir ayaq üstə durmaq da daxil olmaqla bir sıra hərəkətlər etmələri istənilib.

Testlər zamanı iştirakçılar bir ayağını qaldıraraq yerə sabitlənmiş ayağın arxasına qoydular. Tədqiqat qrupu tək ayaqlı duruş (OLS) hazırladıqları bu testi adlandırdı. Qrupun beşdə biri testdən keçə bilməyib. Üstəlik, uğursuzluqla yaş arasında korrelyasiya var idi.

51-55 yaş arasında 5 illik fasilələrlə testdən keçmə ehtimalı ikiqat artıb. Tədqiqatçıların bu qrupu orta hesabla 7 il izlədilər. İştirakçıların 7 faizi bu müddət ərzində dünyasını dəyişib. Ölümlərin 32 faizi xərçəng, 30 faizi ürək-damar xəstəlikləri, 9 faizi tənəffüs xəstəlikləri, 7 faizi isə Covid-19 fəsadları nəticəsində baş verib. OLS testindən keçə bilməyənlər arasında ölüm nisbətinin yüzdə 17,5 olduğu müəyyən edilib. Sınaqdan uğurla keçənlər arasında bu göstərici 4,5 faiz olub.

Yaş, cinsiyyət və sağlamlıq şərtlərini nəzərə alan tədqiqatçılar, 10 saniyəlik OLS testini tamamlaya bilməyənlərin 10 il ərzində hər hansı bir səbəbdən ölüm riskinin 84 faiz artdığını müəyyən etdilər. Testdən keçə bilməyənlərin ümumi sağlamlıqları daha pis idi: 2-ci tip diabet testdən keçə bilməyən qrupda 3 dəfə daha çox yayılmışdı. Onlarda daha yüksək piylənmə, yüksək qan təzyiqi, qeyri-sağlam yağ profilləri və ya ürək xəstəlikləri var.

Aysel Şahmar