Azerbaijan

2023-cü ilə kimi bu yağdan imtina etməlisiz –

Ümumdünya Səhiyyə Təşkilatı 2023-cü ilə kimi qida sənayesi şirkətlərinin istehsalatda transyağlardan tamamilə imtina etməsinə nail olmağa çalışır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə Tedros Adan bildirib.

"Dünya pandemiya ilə mübarizə apardığı bir vaxtda, biz bundan sonra da bütün gücümüzü insanların sağlamlığının qorunmasına yönəltməliyik. Bu qeyri infeksion xəstəlik və təhlükələrə də aiddir. Qida sənayesində trans yağların istifadəsi hər il yarım milyon insanın qəfil ölümünə səbəb olur. Bu yağlar ürək-damar xəstəliklərinin inkişafında əsas səbəblərdən biridir.

ÜST 58 ölkənin öz ərazisində qida istehsalatında trans yağların istifadəsinə qadağa qoyması barədə qərarını dəstəkləyir. Bu, 3,2 milyard insanın orqanizminin qorunması deməkdir.

Digər 100 ölkəyə də bu məsələni həll etməyi tövsiyə edirik. Bu ölkələr arasında əhalisinin zərərli yağdan qorunması üçün təcili tədbir görməli olan Azərbaycan, Banqladeş, Misir, Hindistan, Meksika, Koreya, Pakistan və s. var".

Təəssüf ki, transyağlardan yaşayış səviyyəsi yüksək olan dövlətlər imtina edir. Hələ ki, aşağı gəliri olan və yoxsulluq səviyyəsi yüksək dövlətlərdən heç biri bu addımı atmayıb.

Milli.Az

Football news:

Barcelona are concerned about the shape of the Target. The club believes that he did not work enough on vacation
Laporte was supported by van Dyck: Sorry, bro. No joy, even though we are rivals
Lautaro Martinez: Messi is the best in the world. He is always one step ahead of the rest
The Atletico stadium was painted pink as part of the campaign to fight breast cancer
Frank Lampard: nothing comes easy in the Champions League. This is a great platform to learn new things
Ronaldo was not included in the Juve bid for the match against Dynamo Kyiv
Bruno on the role of captain: I didn't expect it. Tomorrow it's not about me, it's about the team. Everyone should be a leader