Azerbaijan

68 yaşlı kişini bıçaqlayan naməlum şəxs axtarılır

68 yaşlı kişini bıçaqlayan naməlum şəxs axtarılır

bicaq

Avqustun 12-də 1952-ci il təvəllüdlü Hüseyn Məmmədova Binəqədi rayonu ərazisində naməlum şəxs (şəxslər) tərəfindən bıçaqla xəsarət yetirilməsi və aldığı xəsarətdən 13 avqust 2020-ci il tarixdə xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Bizimyol.info xəbər verir ki, Binəqədi rayon prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, müvafiq ekspertizalar təyin edilmişdir.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Football news:

Ex-agent of Levandovsky sued the player's company and demands about 9 million euros
Tiago arrived at the Liverpool base to complete the transfer
Higuain became an Inter Miami player
We read Pirlo's diploma and now we know exactly how Juventus will play
Bale and Regilon have arrived in London for a move to Tottenham
Klopp about the transfer of Thiago: it looks promising. Perhaps it will be useful for fans to follow our media
Bartomeu is getting closer to retirement: Socios bars collected 20 thousand signatures for impeachment