logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo
star Bookmark: Tag Tag Tag Tag Tag
Azerbaijan

75 yaşlı rus təqaüdçü ABŞ prezidentinə görə cəzalandırıldı

Rusiya polisi

Foto: İzvestiya / Mixail Tereşşenko

Rusiyanın Sverdlovsk vilayətinin Deqtyarsk şəhərində polis 75 yaşlı Pyotr Kikilıkı saxlayıb. O, ABŞ-ın 37-ci prezidenti olmuş Riçard Niksonun şərəfinə hazırlatdırdığı xatirə lövhəsini binanın qarşısına vurmaq istəyirmiş. Bu barədə hüquq müdafiəçisi Sergey Zıkov məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, Nikson vaxtilə Sverdlovska gəlib. Hüquq müdafiəçisinin sözlərinə görə, Kikilık lövhəni keçmiş mədən binasının önünə vurmaq istəyib. Lakin yerli hakimiyyət orqanları ona icazə verməyib. Buna baxmayaraq, o, istədiyi addımı atmaqda israrlı olub. Hadisə yerinə gələn polislər onun avtomobilinin yük yerindən xatirə lövhəsini götürüb, özünü də saxlayıblar.

Polis idarəsində onun barəsində “mitinqlərin və başqa ictimai tədbirlərin keçirilməsi qaydasının pozulması” ittihamıyla inzibati protokol tərtib olunub. İndi o, məhkəmə qarşısına çıxarılmasını gözləyir.

Riçard Nikson 1969-1974-cü illərdə ABŞ prezidenti, bundan öncə 1953-1961-ci illərdə isə vitse-prezident olub. O, 1959-cu ildə həyat yoldaşı ilə birlikdə Sverdlovska rəsmi səfərə gəlib.

All rights and copyright belongs to author:
Themes
ICO