Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

ABŞ- da bəzi dairələr Dugin sui-qəsdinin arxasında Ukraynanın ola biləcəyinə inanır

ABŞ- da bəzi dairələr Dugin sui-qəsdinin arxasında Ukraynanın ola biləcəyinə inanır

Amerika Birləşmiş Ştatlarının xüsusi xidmət orqanlarında bu ilin avqustunda ifrat sağçı filosof Aleksandr Duginin qızı Dariyanın ölümü ilə nəticələnən terror aktının Ukrayna hakimiyyətinin nümayəndələri tərəfindən törədilə biləcəyinə inananlar var.

Musavat.com “Radio Svoboda”ya istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Qəzetin qeyd etdiyinə görə Ukrayna rəsmilərinin ABŞ xüsusi xidmət orqanlarının bununla bağlı ilkin dəyərləndirməsindən xəbərləri var. Bu səbəbdən onlar Duginanın qətlində Kiyevin iştirakını inkar etməkdə davam edirlər. Ukrayna Prezidenti Aparatının müşaviri Mixailo Podolyak da Kiyev üçün Duqinə sui-qəsdin təşkilinin heç bir strateji və ya taktiki mənası ola bilmədyini söyləyib.

ABŞ kəşfiyyatı isə partlayışla heç bir əlaqəsi olmadıqlarını, Ukrayna tərəfinə sui-qəsdin hazırlanması üçün heç bir məlumat vermədiklərini və bunun hazırlandığını bilmədiklərini qeyd edirlər. ABŞ-ın Duginanın ölümündən sonra Ukrayna təmsilçilərinə öz narazılıqlarını çatdırdığı da iddia edilir. Birləşmiş Ştatlar hesab edir ki, bu cür hücumlar müharibənin sonunu yaxınlaşdırmır, əksinə, onun eskalasiyasına, xüsusən də Rusiyanın Ukrayna liderlərinə qarşı sui-qəsd cəhdlərinin təşkilinə gətirib çıxara bilər.

ABŞ xüsusi xidmət orqanlarının bəzi nümayəndələri sui-qəsdin əsl hədəfinin Darya Dugina deyil, Aleksandr Duginin özü ola biləcəyini düşünür. “New York Times”ın qaynaqları sui-qəsdin hazırlanmasının arxasında hansı Ukrayna strukturunun ola biləcəyini, həmçinin prezident Vladimir Zelenskinin onun hazırlanmasından xəbəri olub-olmadığını bilmədiklərini söyləyib.

Həmçinin rəsmi Vaşinqtonun Ukrayna kəşfiyyat xidmətlərinin planlarını həmişə ABŞ-la paylaşmamasından narazı qaldığı vurğulanır.

Musavat.com