Azerbaijan

ABŞ-da noyabr ayına qədər COVID-19 peyvəndinin hazırlanması mümkün deyil

ABŞ tərəfindən hazırlanmış koronavirus vaksinlərinin noyabr ayına qədər qeydiyyata alınması ehtimalı azdır. 

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə agentliyi ABŞ-ın Milli Səhiyyə İnstitutunun rəhbəri Frensis Kollins bildirib.

Onun sözlərinə görə, ABŞ administrasiyasının "Operation Warp Speed" proqramı çərçivəsində potensial peyvəndlərin noyabr-dekabr aylarından tez tənzimləmə təsdiqini almayacağı ehtimal edilir: "Bu, uzunmüddətli klinik sınaqlara ehtiyacla bağlıdır. 10 minə yaxın könüllünün iştirakı dərmanların təhlükəsizliyi və effektivliyi üçün kifayət qədər məlumat toplamağa imkan verəcək".

Qeyd edək ki, prezident Tramp bundan əvvəl bəyan etmişdi ki, sözügedən peyvənd mütəxəssislər tərəfindən təsdiqlənsə, ABŞ təxminən, 600 milyon vaksin istehsal edəcək. 

Hazırda ABŞ hökuməti daha effektli peyvəndin hazırlanması istiqamətində bir neçə şirkətə  ("AstraZeneca", "Modern", "Johnson & Johnson", "Merck", "Pfizer") ümumilikdə 12 milyard dollar sərmayə qoyub.

Milli.Az

Football news:

Rakitic on the European super Cup: I want to make Bayern suffer
It turns out that in Italy they wrote a book about Streltsov - we were also surprised! And we found out from the author why he suddenly chose a Soviet hero
Suarez's examiner: we didn't pass questions to him. It's a lie that he can't conjugate verbs
Havertz on Barnsley's hat-trick: this is just the beginning, I want to score even more
RFU - Barnaul Dynamo: for payments for Sobolev, you need to contact Spartak
Barcelona - Suarez: Thank you for these 6 years! Player moved to Atletico
18-year-old Spartak youth midfielder Shiltsov called up to the first team (Sport24)