Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

ABŞ-ın zirehli briqadası bu ölkədə daimi yerləşəcək

Polşanın cənub-qərbində ABŞ zirehli briqadasının daimi yerləşdirilməsi üçün baza yaradılacaq.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Polşa Müdafiə Nazirliyi ölkənin cənub-qərbində Trzeben kəndi yaxınlığında Amerika zirehli briqadasının daimi yerləşdirilməsi üçün baza yaratmaq niyyətindədir. Bunu briqada generalı Voska Polski deyib.

“Zirehli briqadanın daimi yerləşdirilməsi üçün şəraitin yaradılması planlaşdırılır. Bu investisiyalar yaxın illərdə həyata keçiriləcək və prioritet hesab olunur. Bu, 4,8 min hərbçinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş daimi infrastruktura əsaslanan düşərgə olacaq”, – general bildirib.

Publika.az