Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"Acı xatirə" filmi Beynəlxalq festivalın qalibi oldu - VİDEO

Azərbaycan filmi Kanadada keçirilən ”Beynəlxalq Toronto Film for Peace Film” beynəlxalq festivalında qalib olmuş filmlər sırasında yer alıb.

Bu gün mənim üçün çox sevindirici bir hadisə baş verib. “Acı xatirə” bədii-sənədli filmin ilk uğuru”Beynəlxalq Toronto Film for Peace Film” festivalnda ölkəmizi təmsil edərək finala vəsiqə qazanıb. Eyni zamanda, “Edam günü” bədii filmi isə, beynəlxalq festivalda “Ən yaxşı prodüsser” kateqoriyaları üzrə qalib oldu.

Kanadanın Toronto şəhərində “Beynəlxalq Toronto Film for Peace Film” festivalının 2022-ci ilin 24 sentyabrında açılışı oldu və beş gün ərzində davam etdi. Bu Festivalda incəsənət, musiqi, kino sahəsində dünyada tanınmış ən böyük adların iştiraki ilə xüsusi tədbirlər keçirilir, film, musiqi, rəsm əsərləri İPF-nin tərəfdaşlarına nümayiş etdirilir və bunula da Festival iştirakçılarına əsas mesajlar çatdırılır.

Bu barədə AZƏRTAC-a filmin ssenari müəllifi və rejissoru Cəlaləddin Qasımov məlumat verib.

“Acı xatirə” bədii-sənədli filmi son vaxtlar fəlakət həddinə çatan yol-nəqliyyat hadisələrinə diqqəti cəlb etmək məqsədilə yol polisi və həkimin dostluğundan bəhs edir. Film yol polisi əməkdaşı ilə həkim arasındakı münasibətlərin yol hərəkəti qaydalarına riayət olunmasına necə təsir göstərdiyi barədə çəkilib. Ekran əsəri həkimlərlə birlikdə, öz həyatını təhlükəyə atan polislərin və müxbirlərin cəsarətinin geniş kütləyə çatdırılması məqsədilə çəkilib.

“Acı xatirə” bədii-sənədli filmini Azərbaycan ilə Avropa arasındakı mədəni əlaqələrdə çox mühüm yeri olan bir sənət əsəri kimi dəyərləndirən rejissor deyib: “Biz şəxsi mənafelərimiz və kommersiya məqsədi üçün yox, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Çəkdiyimiz filmlər Dünya distribütorları tərəfindən filmlərimiz 17 platformaya yerləşdirilib. dünya film bazarında özünə layiqli yer tutub. Dünya mediasında bu ekran əsəri barədə geniş məlumatlar yazılıb. Dövlət dəstəyi olsa, biz daha da böyük uğurlar əldə edə bilərik, mədəniyyətimizi daha geniş şəkildə dünyaya tanıtdıra bilərik. Ərsəyə gətirdiyimiz filmlərin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza aparmışıq”,- deyə, C.Qasımov sözünün sonunda vurğulayıb.

Qeyd edək ki, “Acı xatirə” bədii-sənədli filmində rolları Xalq artisti Sabir Məmmədov, aktyorlar Əjdər Zeynalov və Rövşən Məmmədov ifa ediblər. Ekran əsərinin redaktoru Əkbər Qoşalı, montaj Elnur Tarverdiyevə məxsusdur.
“Edam günü” bədii filmindəki hadisələr sovet dövrünün son illərində həbsxanada cərəyan edir.

“Ekran əsərində məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anlar əks olunub. Filmin ssenarisini yazarkən Bayıl həbsxanasında keçmiş sovet dövründə işləmiş işçilərlə görüşüb maraqlı məlumatlar toplamışam”, - deyə ssenari müəllifi film haqqında danışarkən bildirib.

Filmdə rolları Rövşən Kərimduxt, Sabir Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri canlandırıblar. Filmin quruluşçu operatoru Mehdi Yaqubovdur.

“SPP Production” tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 95 dəqiqədir.

“Acı xatirə” bədii-sənədli filmi