Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Ağdərədə silah-sursat və döyüş texnikası müsadirə edilib

Ağdərədə silah-sursat və döyüş texnikası müsadirə edilib

Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus silah-sursat və müxtəlif təyinatlı döyüş texnikasının müsadirə edilməsi üzrə tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyindən Day.Az-a verilən məlumata görə, Ağdərə ərazisindəki mülki infrastruktur obyektlərinə baxış zamanı növbəti silah-sursat anbarı müəyyən edilib. Anbardan aşkar edilmiş xeyli sayda patron, əl qumbaraları, minaatan, müxtəlif çaplı ağır artilleriya və tank mərmiləri, tankəleyhinə raket komplekslərinin idarəolunan raketləri və digər döyüş sursatları, həmçinin müxtəlif təyinatlı döyüş texnikası müsadirə edilib.

Bundan başqa qeyd olunan istiqamətdəki dayaq məntəqəsindən də silah və sursatla dolu yeşiklər aşkar edilərək götürülüb.