Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Almaniya tarixi torpaqlarını Polşadan geri istəyir... - ŞOK SSENARİ

Almaniya vaxtilə tərkibində olan, indi isə Polşaya məxsus torpaqları geri qaytarmaq istəyir.

Publika.az xəbər verir ki, bunu “Gazeta Polska”-ya müsahibəsində Polşa Milli Bankının rəhbəri Adam Qlapinski deyib.

Onun sözlərinə görə, əgər əvvəllər söhbət iki Almaniyanın birləşməsindən gedirdisə, indi Berlində “özlərinin indi Polşa sərhədləri daxilində olan keçmiş torpaqlarının bu və ya digər formada qaytarılmasından” danışırlar.

Qlapinski Berlinin Almaniya ilə Rusiya arasında olan ölkələri “tabe etmək” niyyətində olduğu fikrini də ifadə edib. O qeyd edib ki , Böyük Britaniyanın Avropa İttifaqından çıxması bu planın həyata keçirilməsinə yol açıb.

Daha əvvəl Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bildirib ki, Polşa rəhbərliyi Ukraynanın parçalanması üçün ssenari hazırlayır.

Akqabay