Azerbaijan

Apple şirkəti koronavirusa görə daha 30 mağazasını bağlayır

Apple şirkəti bir neçə ştatda xəstəlik sayının artmasına görə yenidən ABŞ-da 30-dan çox mağazanı bağlayacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, bəzi ştatlarda koronavirus vəziyyətinə görə, müvəqqəti olaraq mağazaların bağlanmasına start verilib. Alabama, Kaliforniya, Corcia, Aydaho, Luiziana, Nevada və Oklahoma ştatlarında olan mağazalar bağlanacaq.

Florida, Missisipi, Texas və Yuta ştatlarında artıq mağazalar bağlanıb.

Qeyd edək ki, Apple koronavirusun yayılmasına mane olmaq üçün mağazalarını bağlayan ilk şirkətlərdən biri idi. Bu yaxınlarda mağazalar sanitariya standartlarına uyğun olaraq açılmağa başladı, lakin koronavirus infeksiyasına yoluxanların sayının artmasına görə şirkət yenidən satış nöqtələrini bağlamaq məcburiyyətində qalıb.

Koronavirusun yayılması üzrə ABŞ dünyada birinci yerdədir: demək olar ki, 2,8 milyon nəfər yoluxub, 1,1 milyonu sağalıb, 130 min insan ölüb.

Milli.Az

Football news:

Ødegård prematurely returned to the real world of rental Sociedade
Arsenal and Roma are discussing the exchange of Torreira for diavar
The trained bear was brought to the dressing room of the Sakhalin Resident
De Ligt had shoulder surgery and will miss 3 months
Modibo – infected with coronavirus Barcelona player. The disease passes without symptoms
Lichtsteiner finished his career. The former Juve and Arsenal defender is 36 years old
Matuidi left Juventus. The midfielder will move to Inter Miami Beckham