Azerbaijan

Aqro-vest DC ordumuza dəstəyi davam etdirir -

Aqro-vest DC MMC ordumuzun şəxsi heyəti üçün 41241.64 manat dəyərində, 113362 ədəd müxtəlif növ sabunlardan ibarət pay göndərib.

Əks-hücum əməliyyatlarına start veriləndən bu günə kimə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının birliyinə bir daha şahid olur. Bu gün xalqımız Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşib bu şərəfli döyüşdə ədalətin zəfər qazanması üçün səfərbər olub!

Aqro-vest DC MMC şirkəti öz növbəsində əks hücüm əməliyyatları başlayan ilk günlərdən ordumuza həmrəylik məqsədilə  Silahlı Qüvvələrə Yardım Fonduna ianə etmiş, bundan başqa şəxsi heyət üçün müxtəlif geyim, tütün və şəxsi gigiyena vasitələri ilə təmin etmişdir. Bu gün şirkət dəstəyinin davamı olaraq, şəxsi heyət üçün 41241.64 manat dəyərində, 113362 ədəd müxtəlif növ sabunlardan ibarət partiyanı təqdim etmişdir.

Aqro-vest DC MMC-nin rəhbərliyi: "Əvvəlcədən də bildirdiyimiz kimi biz daimi olaraq imkanlarımızı və ehtiyacları dəyərləndirib dəstəyimizi davam etdirəcəyik! Bu bizim borcumuzdur! Şirkətimiz hər zaman olduğu kimi Ali Baş Komandanın daha güclü Azərbaycan amalına sadiqliklə fəaliyyətini davam etdirir! Yaşasın Azərbaycan ordusu! Qarabağ Azərbaycandır!"

Əlaqəli şəxs:

Tural Məmmədov

PR menecer

Əlaqə tel: (+99455) 400 45 77

e-mail: [email protected]

Football news:

Steve McManaman: Real Madrid are an aging team. They need new players if they want to reach their previous heights
ISCO could move to Sevilla in January. Lopetegui is personally Interested
Bilyaletdinov about the Champions League: Loco can leave the group. Unmotivated Bayern can be beaten in the 6th round
Zlatan Ibrahimovic: I Thought about retiring, but I wanted to change the mentality of Milan
Vasco da Gama sports Director: Balotelli will be like Maradona for us
Real Madrid won't buy Mbappe in the summer of 2021 due to the crisis (Le Parisien)
Ibra scores in 39, Buffon drags in 42, Ronaldo has no plans to finish. Is football really getting old?