Azerbaijan

Azərbaycan millisi Slovakiyaya qarşı - HEYƏTLƏR - (YENİLƏNİR)

Slovakiya və Azərbaycan milli komandaları arasında oyun başlayıb.

Publika.az xəbər verir ki, Trnava şəhərindəki Anton Malatinski stadionunda təşkil olunan qarşılaşmaya Bakı vaxtı ilə saat 23:45-də start verilib.

***

AVRO-2020-nin seçmə matçında üz-üzə gələcək Slovakiya və Azərbaycan milli komandalarının start heyətləri açıqlanıb.

Publika.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

Slovakiya: 1. Martin Dubravka, 2. Peter Pekarík, 7. Lukaş Haraslin, 9. Robert Bojeník, 11. Matuş Bero, 14. Milan Şkrinyar, 15. Norbert Dyömber, 16. David Hançko, 17. Marek Hamşík (kap.), 19. Yuraj Kuçka, 22. Stanislav Lobotka

Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev (kap.), 3. Şəhriyar Rəhimov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov, 9. Vüsal İsgəndərli, 11. Ramil Şeydayev, 14. Eddi İsrafilov, 16. Abbas Hüseynov, 18. Anton Krivotsyuk, 22. Cavid Hüseynov

***

Azərbaycan millisi bu gün UEFA AVRO-2020-nin seçmə mərhələsində sonuncu oyununa çıxacaq.

Publika.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Slovakiya yığmasının qonağı olacaq. Trnavadakı Anton Malatinski adına stadionda baş tutacaq matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Azərbaycan millisinin heyətində iki itki var. Hücumçu Rüfət Dadaşovla müdafiəçi Maksim Medvedev zədə üzündən hələ Uelslə oyundan əvvəl heyətdən çıxarılıblar. Əvəzində britaniyalıların 2:0 hesabı ilə qalib gəldikləri matçı buraxan Eddi İsrafilov komandaya qoşulub.

AVRO-2020

Seçmə mərhələ, E qrupu

19 noyabr