Azerbaijan

Azərbaycanda bəzi xidmət sahələrinin fəaliyyəti DAYANDIRILDI

2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində 2020-ci il 20 iyul saat 06:00-dək bəzi iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir.

Publika.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, həmin ərazilərdə aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyət qadağan edilib:

- nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;

- ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

- muzey və sərgi zallarının fəaliyyəti;

- bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

- təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);

- açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.

Football news:

Sanchez finished the match against Bayer, despite the injury
Solskjaer is the fifth coach with whom Manchester United reached the semi-finals of the European Cup
Manchester United are set to buy Sancho this summer despite Borussia's claim that he is staying
Shirokov beat the judge at an Amateur tournament: promised that # # # # # [vdarit] for a red card-and # # # # # [vdarit]
Brunu has scored 11 goals in 20 games for Manchester United. 7 of them were penalties
Lukaku has scored in 9 consecutive Europa League games. This is a tournament record
Konstantinos Tsimikas: Liverpool is the biggest club in the world. I supported them as a child