Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Azərbaycanda bu bank hər müştərisinə 900 manat yüklədi

Azərbaycanda bu bank hər müştərisinə 900 manat yüklədi

Azərbaycanda qeyri-adi hadisə qeydə alınıb. Belə ki, "Unibank" müştəriləri səhəri balanslarına 900 manat yüklənməsinə dair aldıqları mesajla açıblar. Müştərilər nə baş verdiyini anlayana qədər məbləğ kart hesablarından geri çəkilib.

Day.Az modern.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı "Unibank"dan faktı təsdiqləyiblər.

Bildirilib ki, bu, sırf texniki problemlə bağlı məsələdir:

"Bəzi müştərilərin balanslarına texniki problemlə bağlı səhvən pul yüklənib. Artıq texniki problem aradan qaldırılıb və səhvən köçürülən vəsaitlər həmin müştərilərin hesabından geri çəkilib".