Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Azərbaycanda ilk QORXU SERİALI - VİDEO

"Red Fox" studiyasının istehsal etdiyi və Azərbaycanın ilk qorxu-fantaziya janrında qısametrajlı serialı "İblisin kitabı" təqdim olunacaq.

Publika.az xəbər verir ki, 3 bölümdən ibarət ekranın işinin hər seriyasında tamaşaçılara yeni hekayə göstəriləcək.

"İblisin kitabı"nın ilk bölümü avqustun 13-ü YouTube platformasında – "Red Fox" kanalında yayımlanacaq. Qeyd edək ki, qorxu serialının rejissoru Səid Qurbanovdur. Rejissor köməkçisi Ülvi Əsgərov, quruluşçu operator Elnar Emin, ssenari müəllifləri Səid Qurbanov və Ayşən Rəhimovadır.