Azerbaijan

Azərbaycanda pandemiya dövründə 624 məhkum azadlığa buraxılıb -

Pandemiya dövründə 624 məhkum azadlığa buraxılıb, 310 həbs edilmiş şəxs isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ədliyyə naziri Fikrət Məmmədov onun sədrliyi ilə Penitensiar və Tibb xidmətlərinin rəhbərliyinin, cəzaçəkmə müəssisələri rəislərinin, habelə nazirliyin digər aidiyyəti məsul işçilərinin iştirakı ilə videokonfrans formatında keçirilən əməliyyat müşavirəsində deyib.

Nazir penitensiar xidmətin fəaliyyətinin dövlət başçısının tapşırıqlarına uyğun qurulmasını, bu sahədə mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılmasını diqqətə çatdırıb. Bəzi əməkdaşlar tərəfindən xidməti vəzifələrinin icrasına laqeyd yanaşılmasını, neqativ hallara və korrupsiyaya şərait yaradan pozuntulara yol verilməsini qeyd edərək bunların insanları narazı saldığını, şikayətlər doğurduğunu bildirib.

Bununla bağlı sui-istifadə, vətəndaşların haqlı narazılığına səbəb olan pozuntulara, o cümlədən korrupsiyaya şərait yaradan hallara görə son iki ildə Penitensiar xidmətin 470-ə yaxın əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 40 nəfəri ədliyyə orqanlarından xaric edilib və ya vəzifədən azad olunub, 2 nəfər barəsində materiallar istintaqa verilib.

Müşavirədə ədliyyə işçisinin adına və nüfuzuna xələl gətirən hərəkətlərin yolverilməzliyi, lazımi nəticə çıxarmayan və işində dönüş yaratmayan əməkdaşların penitensiar sistemdə yer olmadığı və qanun pozuntularına qarşı ən ciddi tədbirlərin görüləcəyi qeyd edilib.

F.Məmmədov, həmçinin, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmin olunmasını, rejim qaydalarına dürüst əməl edilməsini, tərbiyə işinin, nizam-intizamın, təhlükəsizlik və mühafizə tədbirlərinin gücləndirilməsini Penitensiar xidmət və tabe müəssisələrin rəhbərlərindən tələb edib.

Eyni zamanda, penitensiar və tibb xidmətlərinin işinin səmərəliliyinin artırılması, kadr işinin təkmilləşdirilməsi, əməkdaşların peşəkarlığının və məsuliyyət hissinin yüksəldilməsi, tabe qurumların fəaliyyətinə təsirli nəzarətin artırılması ilə bağlı konkret göstərişlər verilib. Ölkə başçısının korrupsiyaya qarşı mübarizədə xüsusi önəm verdiyi şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıqlar diqqətə çatdırılıb.

Milli.Az

Football news:

President Sassuolo: Many clubs want God, but we intend to keep him
Gareth bale: I Don't understand why many people are concerned that I play Golf. This perception was created by the media
Kuyt will change his Lawyer in Feyenoord in the summer of 2021
AZ asked UEFA to cancel the KNVB's decision to allocate places in the Champions League from the Netherlands
Bacary Sagna: Arsenal underestimated yourself. We lost in crucial games, perhaps because of the pressure on ourselves
Scotland's Livingston is holding a vote on Twitter about extending the goalkeeper's contract
Ibrahimovic escaped serious injury. The Achilles tendon is not damaged