Azerbaijan

Azərbaycanın Britaniyadakı səfiri “Guardian” nəşrinin Qarabağla bağlı yazısına cavab verib

Azərbaycanın Britaniyadakı səfiri "Guardian" nəşrinin Qarabağla bağlı yazısına cavab verib

Tahir Tağızadə

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Britaniyanın nüfuzlu "Guardian" nəşrinə cavab məktubu ünvanlayıb.

APA-nın verdiyi xəbərə görə, "Dağlıq Qarabağ Azərbaycana məxsusdur" başlıqlı məktubda səfir Tahir Tağızadə bölgədəki son hərbi əməliyyatlara bağlı "Guardian"da 27 sentyabr tarixində nəşr olunan məqaləyə cavab verib.

"27 sentyabr tarixində yayımlanmış "Ermənistan və Azərbaycan arasında mübahisəli region uğrundakı toqquşmalarda azı 16 ölü" başlıqlı məqalənizlə bağlı onu demək istərdim ki, Dağlıq Qarabağ “mübahisəli” bölgə deyil. Bu bölgə Ermənistan tərəfindən Azərbaycanın qonşu yeddi bölgəsi ilə birlikdə beynəlxalq hüququn kobud şəkildə pozularaq işğal edildiyi və etnik təmizlə aparıldığı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. 1993-cü ildə qəbul edilmiş və işğalçı Ermənistan qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən BMT təhlükəsizlik şurasının dörd qətnaməsi (822, 853, 874, 884) hələ də yerinə yetirilməmiş qalır.

Ermənistan işğal siyasətini möhkəmləndirmək üçün işğal altındakı Azərbaycan torpaqlarında qondarma “Dağlıq Qarabağ Respublikası” (DQR) rejimini qurub. Bu kukla rejimi beynəlxalq ictimaiyyət tərəfindən, habelə Ermənistanın özü tərəfindən də tanınmayıb. Beləliklə, məqalənizdə yazıldığı kimi “Dağlıq Qarabağ hərbi qoşunları” deyə bir şey yoxdur.

Azərbaycan Baş Prokurorluğunun verdiyi məlumata görə, 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə atəş açması nəticəsində bir ailənin beş üzvü həyatını itirib. Ermənistan on illərdir davam etdirdiyi işğalçılıq və təcavüz siyasətinin bilavasitə nəticəsi olaraq hərbi əməliyyatların yenidən başlanmasına görə bütün məsuliyyəti daşıyır", - deyə səfir Tahir Tağızadə öz məktubunda qeyd edib.

Football news:

FIFA about Bartomeu's words about the European super League: we do not know about any agreement
Brother, don't give up on him. He's playing against us. Benzema asked Mendy not to give the ball to Vinicius at half-time of the match with Borussia
In 2010, Pirlo negotiated with Barca. The main playmaker of the generation was ready to go to Pep even in the rotation
Chugainov about Loko in the Champions League: there are Chances to get out of the group. The team looks confident and worthy
Bayern and Alaba failed to agree a new contract for the third time
Atalanta and Ajax showed smart football: a lot of traps and subtle changes on the move
Vadim Evseev: I liked the locomotive for its boldness. Not afraid to play football, well done