Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

“Azəriqaz”ın boru xətlərinə qaz qəbulu azalıb

Avqust ayının 11 günü ərzində “Azəriqaz” İstehsalat Birliyinin boru xətlərinə 107 milyon kubmetr qaz qəbul olunub.

Publika.az xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktorun satış üzrə müavini Rəşad Cavadov bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

O qeyd edib ki, qəbul edilən qazın həcmi sənaye xətləri üzrə 62,7 milyon kubmetr, əhali xətləri üzrə 44,3 milyon kubmetr təşkil edib. Rəşad Cavadov bildirib ki, boru xətlərinə qəbul olunan qazın həcmi keçən illə müqayisədə 0,8 milyon kubmetr (0,75 %) azdır:

“Ondan sənaye xətləri üzrə azalma 3,5 milyon kubmetr, əhali xətləri üzrə artım 2,7 milyon kubmetr təşkil edib. Əhali xətləri üzrə Bakıda 1,6 milyon kubmetr, regionlarda isə 1,1 milyon kubmetr artım olub”.