Azerbaijan

Bakı metrosunda maska taxmayanlar cərimələnib

Koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə metrodan istifadə edən sərnişinlər arasında profilaktik tədbirlər keçirilib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən Bakı metropoliteninin ayrı-ayrı stansiyalarında sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şərnişinlər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.

Metropolitenində polis şöbəsinin və inzibati ərazilərdə xidmətə cəlb olunan əməkdaşlardan ibarət naryad qrupları stansiyaların girişlərində, platformalarında, mövcud preventiv tədbirlərə əməl etməyən şəxslərlə profilaktiki söhbətlər aparıblar. Diqqətə çatdırılıb ki, koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə hər bir hərəkət iştirakçısı sosial məsafəni gözləmək şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən – tibbi maskalardan istifadə etməlidir. Nəzərlərinə çatdırılıb ki, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.

Üzərində maskası olmayan sərnişinlərə maskalar paylanılıb, maskadan düzgün istifadə etməyən, polis gördükdə dərhal “maskadan istifadə edirəm, maskam var” deyən şəxslərə koronavirus infeksiyasının fəsadları izah olunub.

Profilaktiki tədbirlər davam etdirilir.

Qeyd edək ki, qanunvericiliyə görə, qapalı məkanlarda maska taxmaq məcburidir. Maska taxmaq tələbini pozan fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər 200 manat cərimə tətbiq olunur. Bu xətanın artıq bir dəfə inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnir.

Football news:

Barcelona will lose 100 million euros due to the coronavirus. The club expected to make 200 million euros in profit
Police have opened a case against Ronaldo's 10-year-old son. He was self-driving a jet ski (The Sun)
Lampard on the cancellation of city's ban: I Never hoped that an extra team would get into the Champions League
Thibaut Courtois: to take the title, you have to suffer. It is not easy to win every match
Antonio Conte: I will not hesitate before leaving if Inter are not happy with what I am doing
Diego Godin: Inter will do everything to keep second place. Now we need to think about how to catch up with Juventus
Harry Maguire: Manchester United want to fight for trophies