Azerbaijan

Bakıda 17 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mart ayının 29-na olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman, axşam çiskin olacağı ehtimalı var. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-9, gündüz 13-17, Bakıda gecə 6-8, gündüz 15-17 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 faiz olacaq.

Martın 29-da Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq.

Milli.Az

Football news:

Wife of Ukrainian football player Morozyuk: It's a lie that men are polygamous and women are not. This society imposes
Kylian Mbappe: Winning the Champions League with PSG is something special. Personal awards will be a bonus
Lothar Matteus: flick is a bit like Heynckes and Hitzfeld. He can work with the stars
The President of Rennes expects Kalavinka will not go away in the summer. The midfielder wants to buy real
Agent Musacchio: MATEO is happy in Milan. We want a new contract offer
Athletes are outraged by the death of African-American George Floyd
Valencia can replace Ferran Torres with Porto's Otavio midfielder