Azerbaijan

Belarus Azərbaycandan neft tədarük edib

Belarus Azərbaycandan neft tədarük edib

cba5e8ca-2a20-4eb4-9f99-9ae536de9735

“Belarus oktyabr ayının güclərini tamamlamaq üçün sentyabrda bir tanker partiyası Azərbaycan nefti tədarük edib”.

“Report” “BelTA”ya istinadən xəbər verir ki, bunu cümə axşamı jurnalistlərə Belarusun “Belneftexim” konserninin mətbuat katibi Aleksandr Tişenko deyib.

O qeyd edib ki, Belarus oktybarda neft emalı zavodlarında emal üçün 1,7 milyon ton, o cümlədən Rusiyadan 1,65 milyon ton neft tədarük etməyi planlaşdırır.

Qeyd edək ki, Moskva və Minsk yalnız mart ayının sonlarında Belarusa tədarük olunan Rusiya neftinin qiymətinin formalaşması barədə razılığa gəlib. Bundan əvvəl isə yalnız Rusiyanın “Safmar” qrupu tədarükü davam etdirirdi. Belə olan halda Belarus Səudiyyə Ərəbistanı, Norveç, Azərbaycan və ABŞ-dakı alternativ tədarükçülərdən neft almağa başlayıb.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) mart ayından etibarən Odessa limanı və “Odessa-Brodı” neft kəməri vasitəsilə “Belneftexim”in Mozırski neft emalı zavoduna Azərbaycan neftinin partiyalarını tədarük etməyə başlayıb. “Belneftexim”dən bildiriblər ki, SOCAR 2020-ci ildə Belarusu 1 milyon tona qədər neftlə təchiz edə bilər.

Football news:

Andrea Pirlo: Messi is still on top. With such players, we must hope that they do not have the best day
The figures of Robert Lewandowski, which frightens not only the locomotive
Who will be the top scorer in the Champions League?
La Liga President on the departure of Ronaldo and Neymar: it is better to leave because of taxes than because of anything else
Kane and Son gave each other 29 assists in the Premier League. Only Lampard and Drogba (36) did it more often
Veron about Messi: Playing in Barca gives him discomfort
Mitryushkin on the move to Fortuna: Germany is a country of goalkeepers. I can learn a lot here