Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bina tikintisinə görə həyət evlərinə ziyan dəyib? -

Divarlarında iri çatlar əmələ gəlib. Döşəməsi isə ikiyə ayrılıb. Bakının Nəsimi rayonu, Abbas Səhhət küçəsində yerləşən həyət evlərində yaşayan sakinlər iddia edirlər ki, yaxınlıqda aparılan bina tikintisi səbəbindən əksər evlərdə belə vəziyyət yaranıb. İddialara görə, ərazidə heç bir təhlükəsizlik qaydalarına əməl edilmir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, vətəndaşların sözlərinə görə tikintini həyata keçirən şirkət ailələrin köçürülməsi, onların tikiləcək binadan mənzillərlə təmin edilmələri ilə bağlı təkliflər verib. Bəzi sakinlər təkliflərlə razılaşıblar. Şərtlərlə razılaşmayan ailələrin isə öz arqumentləri var.

"Anima" tikinti şirkətinin icraçı direktoru Kamil Məmmədov sakinlərin iddialarına münasibət bildirib. Onun sözlərinə görə, Bakı Şəhər icra hakimiyyəti başçısının 183 saylı 18 aprel 2014 saylı sərəncamına əsasən Abbas Səhhət, Novruzov qardaşları, Nəsib bəy Yusifbəyli küçələrinin əhatə etdiyi ərazi yaşayış binalarının tikintisi üçün ''ANİMA'' şirkətinə ayrılıb.

"Hazırda vətəndaşla aramızda olan mübahisə , o cümlədən ara məsafəsi, evlərində yaranan çat , Nəsimi Rayon Məhkəməsinin icratındadır. Müvafiq qərarı gözləyirik deyə" - Kamil Məmmədov əlavə edib.

Milli.Az