Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun ittiham oldunduğu maddələr

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan "Broker" MMC-nin rəhbəri Əbülfəz Məlikovun hansı maddələrlə ittiham olunduğu məlum olub.

Milli.Az APA-ya istinadən bildirir ki, şirkət rəhbəri Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma - xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət əməli törətməkdə şübhəli bilinir.

Səbail Rayon Məhkəməsində Əbülfəz Məlikov barəsində istintaq orqanı tərəfindən həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Məhkəmənin qərarı ilə Əbülfəz Məlikov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Milli.Az