Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bu bitki saçları uzadır

Bu bitki saçları uzadır

Rozmarinin saçlar üçün faydası tapılıb.

Day.Az Bakupost.az-a istinadən xəbər verir ki, saç mütəxəssisi Nunçio Saviano rozmarin yağının saçlarda təsirini kəşf edib.

Bu bitki və yağı baş dərisini təmizləyir, sakitləşdirir, qan dövranını yaxşılaşdırır, saçların aktiv uzanmasını təmin edir.

O kəpəyin də qarşısını alır, tökülməni saxlayır.

Həm kişilər, həm qadınlar rozmarin dəmləməsini və ya yağını şampuna əlavə edib, həftədə 2 dəfə istifadə edə bilər.

Bu yağı birbaşa saç dibinə çəkib gecədən səhərə kimi saxlamaq olmaz.

Bu baş dərisini qıcıqlandırıb, yandıra bilər. Ümumiyyətlə, təbii rozmarinli saç vasitələri tapsanız, alın.