Azerbaijan

Çindən yola salınan qatar Bakıdan keçib Ankaraya çatdı

Çinin Sian şəhərindən çıxan və Türkiyənin İstanbul şəhərinə istiqamətlənmiş 43 konteynerdən ibarət blok qatarı bu gün qonşu ölkənin paytaxtı Ankaraya çatıb.

Publika.az xəbər verir ki, bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə (Bakı Limanı) məlumat yayıb.

Qeyd edək ki, sözügedən qatar iyunun 30-da, 6 saat ərzində Bakı Limanında aşırılıb. Qatarla Çin istehsalı olan elektronika məhsulları göndərilib. Yükdaşımanın operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu konsorsiumunun üzvü, "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə müəssisəsi "ADY Konteyner" MMC-dir.

Bu, Sian-İstanbul marşrutu üzrə hərəkət edən ikinci belə bir karvandır. "Xi'an Free Trade Port Construction and Operations" logistik platformanın təşkil etdiyi blok qatarı mütəmadi olaraq Çindən Türkiyəyə yük daşıyacaq.

Football news:

Suarez made 9 of 24 passes, leading from the center of the field in the match against Bayern
Manchester United presented their away form for the 2020/21 season
Ferdinand on Barca breeding: Bad. They still rely on old-timers
Inter wants Perisic back, even if Conte remains in the team. Bayern hopes to buy the player for less than 20 million euros
Rudi Garcia on Lyon's chances against city: the quarter-Finals showed that the favourites can also be beaten
CSKA agreed a 5-year contract with Fuchs. The transfer is estimated at 7-10 million euros
Ferdinand on Messi at Barca: Will he want to stay, given the results and the team's performance? Does he have time to wait?