Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Dağıstan lideri səfərbərlik çağırışına QƏZƏBLƏNDİ: "Siz nəsiniz, axmaqlar?"

Dağıstanın rəhbəri Sergey Melikov Dərbənddəki hərbi komissarlığın fəaliyyətini sərt tənqid edib.

Publika.az xəbər verir ki, o, Dərbənddəki hərbi komissarlığın müraciətlərinə sərt reaksiya verib.

Bir gün əvvəl sosial şəbəkələrdə avtomobilin şəhərin küçələrində hərəkət etdiyi görüntülər yayılıb. Səsgücləndiricilərlə “bütün kişi vətəndaşlar” hərbi komissarlığa çağırılıb.

Melikov Dağıstan Təhlükəsizlik Şurasının iclasında səs yazısını göstərərək Dərbənd hərbi komissarının hərəkətlərinin yolverilməz olduğunu bəyan edib.

"Mənə deyə bilərsənmi bu axmaqlar nədir? "Bütün kişi vətəndaşlar təcili olaraq hərbi komissarlığa gəlməlidirlər, onların yanında hərbi bilet də olmalıdır...". Siz nəsiniz, axmaqlar... Onlara şəhəri gəzməyə kim icazə verib?", - prezident sərt tənqid edib.

Dağıstanın rəhbəri qeyd edib ki, komissarlığın səhvi əslində saxta məlumatların yayılması deməkdir.

Hüseyn İbadlı