Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Daradıqca saçlarınız tökülürsə, oxuyun

Fəsil dəyişdikcə saçlar daha çox baxıma ehtiyac duyur. Havadakı dəyişiklik onların cansız görünməsinə, qırılmasına, tökülməsinə səbəb olur. Bəs ev şəraitində saçlara necə qulluq etmək olar?

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, saçların daha möhkəm olması üçün düzgün şampun və baxım vasitələrinin seçimi mütləqdir. Saçları tez-tez yumaq da onları zədələyə bilər. Lakin ən böyük zərbə yaş halda onları fenlə qurutmağa çalışmaqdır.

Əgər saçlarınız qurudursa, həftədə bir dəfə maska ​​kimi zeytun yağı çəkə bilərsiniz. Bunu kokos yağı ilə də əvəz etmək mümkündür. Bu, saçınızı qidalandırmasına kömək edəcək və quruluğu aradan qaldıracaq. 

Bundan əlavə, saçlarınız tez-tez yağlanırsa, 1 və ya 2 yumurta ağını (saçınızın uzunluğuna görə) 1 limonun suyu ilə qarışdırın. Maskanı ​​saçlarınıza çəkdikdən sonra 30 dəqiqə gözləyin və yuyun.

Onu da qeyd edək ki, saçların daha güclü olması və tökülməməsi üçün gündəlik su istehlakı da mütləqdir. Həmçinin gün ərzində alma, qoz, və qatıq yeməyə çalışın.

Milli.Az