Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Deputat: "Xəyanətkarlar ordudan uzaqlaşdırıldı, bəs niyə yeyinti davam edir?"

“Əlahiddə katoqreyiya xidmət göstərənlərin peynsiya sistemi ilə bağlı ayrı qanunvericilik olmalıdır. Hərbçilərin pensiyası ayrı və asan şəkildə başa düşülən ayrı qanun layihəsi qəbul edilməlidir”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, həmin kateqoriyaya aid olan əmək fəaliyyəti ilə yox, ən vacib məsələ olan döyüş funksiyasını yerinə yetirirlər: “Hərbi sistem qapalıdır deyə, bu sahəyə çox da diqqət yetirilmir. Lakin qapalı sistemdə digər sistemlərdən fərqli olaraq cinayətlər baş verir.

Müdafiə Nazirliyinin vəzifəli şəxsinin sonuncu 8 milyonluq mənimsəmə faktı şəhidlərimizin, eləcə də “Tərtər” hadisələrində işgəncə görərərək ölənlərin qan puludur. Müdafiə Nazirliyində ən ciddi xəyanətkarlar oradan uzaqlaşdırıldı. Necə oldu ki, yenə də yeyintilər davam edir. Hərbçilərin pensiya məsələsi əvvəl ayrı qanun şəklində var idi, lakin sonradan birləşdirildi. Hesab edirəm ki, bu məsələyə bir də baxılmalıdır. Nə zaman ki, müharibə tam bitər və sərhədlərin tam təhlükəsizliyi təmin olunacaq onda yenə birləşdirilər”.