Azerbaijan

Ədliyyə naziri vətəndaşların videoqəbulunu keçirdi - FOTO

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların müraciətlərinə hər zaman qayğı ilə yanaşılır, karantin şəraitində videoformatda qəbul davam etdirilir.

Publika.az xəbər verir ki, Ədliyyə naziri Fikrət Məmmədov Şəmkir və Lənkəran regional ədliyyə idarələri vasitəsilə müraciət etmiş ətraf rayonlarda yaşayan vətəndaşların videokonfrans formatında qəbulunu keçirib, ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üzrə təxirəsalınmadan zəruri tədbirlərin görülməsi üçün aidiyyəti məsul işçilərə müvafiq tapşırıqlar verilib.

Qəbul zamanı nazir cəbhə xəttində yerləşən rayonların sakinlərinin qayğıları ilə maraqlanıb. Vətəndaşlar işğalçı Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Ali Baş Komandanının rəhbərliyi ilə Qələbəyə doğru inamla irəliləyən Ordumuza tam güvəndiklərini, böyük ruh yüksəkliyi ilə dövlət başçısının ətrafında sıx birləşdiklərini vurğulayıblar.

Football news:

In 2010, Pirlo negotiated with Barca. The main playmaker of the generation was ready to go to Pep even in the rotation
Chugainov about Loko in the Champions League: there are Chances to get out of the group. The team looks confident and worthy
Bayern and Alaba failed to agree a new contract for the third time
Atalanta and Ajax showed smart football: a lot of traps and subtle changes on the move
Vadim Evseev: I liked the locomotive for its boldness. Not afraid to play football, well done
Barcelona may sign PSV forward malen if the deal for Depay fails
Pickford hired bodyguards because of fan threats after van Dijk's injury