Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Dovşanlardakı virus xərçəngə

Dovşanlardakı virus xərçəngə

Rusiyanın Soçi şəhərindəki "Sirius" Elm və Texnologiya Universitetinin alimləri müəyyən ediblər ki, miksoma virusu xərçəng şişlərini effektiv şəkildə məhv edir.

Day.Az Milli.Az-a istinadən bildirir ki, bu barədə aparıcı tədqiqatçı Aleksandr Maloqolovin deyib.

Onun sözlərinə görə, bu virus insanlar üçün təhlükəli deyil və yalnız dovşan hüceyrələrində çoxalır. Bununla belə, o, xərçəng hüceyrələrini aktiv şəkildə hədəfləyir və öldürür. Bu laboratoriya şəraitində nümayiş etdirilib.

Xərçəng şişi inkişaf etmiş siçanlar üzərində aparılan təcrübədə virus şişin ölçüsünü əhəmiyyətli dərəcədə kiçildib. Bu, belə virusların xərçəngin müalicəsində istifadə oluna biləcəyini göstərir.

Növbəti mərhələ virusun modifikasiyası və insan şişlərinin transplantasiyası ilə transgen siçanlar üzərində sınaqdan keçiriləcək. Artıq virus laboratoriya şəraitində insanda 30-a yaxın xərçəng hüceyrəsi xəttini effektiv şəkildə məhv edir.