Azerbaijan

Dünyaya bağlanmaq nə deməkdir?

Hədislərimizdə dünya ilə bağlı üç dəstə nəzərə rast gəlirik. Birinci dəstə hədislər o hədislərdir ki, dünyanı kəskin şəkildə məzəmmət edir və onun haqqında pis danışır.

Belə ki, İmam Əli (ə) buyurur: "Dünyanın suyu davamlı olaraq qara və gillidir. ... Aldadıcıdır və gözəldir, ancaq davamlı deyildir. Batmaq halında olan nurdur, məhv olmaq üzrə olan kölgədir".

İkinci dəstə hədislərdə isə dünya tərif və mədh olunur. Misal üçün, belə bir hədisdə: "Həqiqətən dünya düz danışanlar üçün doğruluq sarayı, dünyanı tanıyanlar üçün salamatlıq evi, azuqə toplayanlar üçün ehtiyacsızlıq evi, nəsihət öyrənənlər üçün nəsihət evidir. Dünya Allahı sevənlərin səcdəgahı, İlahi mələklərin namazgahı, İlahi vəhyin nazil olduğu yer, Allah dostlarının ticarət yeridir ki, onda İlahi rəhməti əldə edər və behiştə fayda apararlar. Kim dünyanı məzəmmət edir ki?". (İslami saytlara istinadən)

Üçüncü dəstə hədislərdə isə bu iki hədisi bir yerə cəm edirlər, dünyanı nə üçün mədh və nə üçün məzəmmət etdiklərini bəyan edirlər. İmam Əli (ə) buyurur: "Əgər dünya görmək üçün, Allaha çatmaq və kamal üçün vasitə olarsa, insana görməyi bəxş edər. Ancaq əgər insan özünə diqqət edərsə və hədəf qərar verərsə - insanı kor edər".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu hədislərdən belə nəticəyə gəlmək olur ki, əgər insan dünyanı hədəf götürərsə və özünə diqqət edərsə, o zaman dünya onun üçün ziyanlı olar və onu kor edər. Yox, əgər ariflər və aqil insanlar kimi dünyanı axirətə çatmaq vasitəsi qərar verərsə və ondan azuqə toplamaq üçün istifadə edərsə, o zaman dünya ona fayda verəcəkdir və ona ali hədəfinə çatmaqda yardım edəcəkdir. İnsan əgər halal ruzi qazanarsa və onu halal yolda istifadə edərsə, maddi dünyasına fayda verdiyi kimi, mənəvi dünyasına da bəhrə vermiş olar. Əgər ailəsinə, mal-dövlətinə dini çərçivədə əlaqə göstərərsə, insana ali hədəfinə çatmaqda yardım edər.

O zamana qədər ki, insan bu dünyanın malından, nemətindən Allaha yaxınlaşmaq üçün istifadə edərsə, dinimizin nəzərinə görə belə bir dünyanın ziyanı yoxdur, əksinə faydası vardır. Əsil problem o zaman başlayar ki, insan dünyanın nə üçün var olduğunu unudar və onu öz daimi yeri kimi görər. Belə bir insan dünyaya bağlanar və onu sevər.

Məhz bu sevgi dünya sevgisi hesab olunar ki, dinimiz bizi ondan çəkindirir.

Milli.Az

Football news:

You can just kill us. Bilic was removed for arguing with the referee in the match with Everton
Nuno confirmed the departure of Jota: Liverpool will get a great player and guy
Hames scored his debut goal for Everton in his second game at the club
Bale's talent is unique, but he never became the main one in Real Madrid. Ronaldo, laziness and Perez's patronage are to blame
Zidane on Bale's departure: what he achieved at Real Madrid is phenomenal. I wish him all the best
The same Royal rabona-assist from Levandovsky: great orientation, perfect execution, smart twist in the right place
Koeman told 21-year-old midfielder Puig that he does not count on him (RAC1)