Azerbaijan

Elmar Məmmədyarov Lavrovla telefonla danışıb

Xarici İşlər naziri Elmar Məmmədyarovun Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı baş tutub.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, E.Məmmədyarov Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax istiqamətində hücum cəhdinin qarşısının alınması, bölgədə davam edən gərginlik barədə Rusiyalı həmkarına məlumat verib. O, Ermənistanın bu təxribatının bölgədə vəziyyətin daha da gərginləşməsinə, üçüncü ölkələrin Ermənistan-Azərbaycan münaqişəsinə cəlb edilməsinə xidmət etdiyini qeyd edib, Ermənistanın gücdən istifadə etmək cəhdinin yolverilməz olduğunu və bu kimi təxribatların bundan sonra da layiqincə cavabının veriləcəyini vurğulayıb.

Telefon söhbəti zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bilavasitə ATƏT-in məşğul olduğu və münaqişənin hər iki tərəfinin bu təşkilatın tam hüquqlu üzvü olduğu qeyd olunub.

Nazir S.Lavrov bölgədə gərginliyin artmasının yolverilməz olduğunu və vəziyyətin nəzarət altına alınmasının vacibliyini qeyd edib.

Milli.Az

Football news:

Goretska Pro 8:2 with Barca: This is only the first of three steps
Matteus on the defeat of Barca: it is Painful to see what happened to the team that inspired us for so many years
Bartomeu met with Pochettino this week. He could replace Sethien at Barca
Salihamijic Pro 8:2 with Barca: Bayern are very happy, but they want more
Recently, Mueller did not want to renew his contract with Bayern. Now he's turning the football around
The baby may get angry and leave. Luis Suarez Miramontes about Messi
Joan Laporta: bartomeu's Words are a manifestation of cowardice and failure