Azerbaijan

Ermənistan Gəncədə rusiyalı yeinyetməni qətlə yetirməklə bütün dünyaya qarşı müharibə elan etdiyini göstərdi -

Ermənistanın bütün beynəlxalq konvensiyaları və insanlıq normalarını pozması hər zaman gündəmdə olan məsələdir. Döyüş meydanında Azərbaycan ordusunun qarşısından qaçaraq yaşayış məntəqələrimizi, mülki vətəndaşlarımızı atəşə tutması Ermənistan rejiminin cinayətlərini daha da artırır.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, Ermənistanın Gəncəyə iki dəfə terror hücumu nəticəsində 30-a yaxın mülki vətəndaş həlak olub: "Bildiyiniz kimi, 17.10.2020-ci il tarixdə düşmən tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət almış Rusiya Federasiyasının vətəndaşı 2007-ci il təvəllüdlü Mayakov Artur Vladimiroviç göstərilmiş tibbi yardımlara baxmayaraq bu gün, stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Bu, bir daha göstərir ki, Ermənistan üçün insanlıq, milliyət anlayışı yoxdur və onlar ancaq dinc insanları hədəfə alır.

Rusiya vətəndaşının hədəfə alınması, onun Ermənistanın Gəncəyə atdığı raket atəşi nəticəsində həlak olması Ermənistanın bütün insani qanunları pozduğunu, onun təkcə Azərbaycana deyil, bütün dünyaya müharibə elan etdiyini göstərir. Ermənistanın cinayətkar hakimiyyəti üçün insan həyatı, humanistlik deyilən bir anlayış yoxdur.

Bu gün Ermənistanın hərbi-siyasi rəhbərləri hərbi cinayətkar kimi hərəkət edirlər. Onların yeri Haaqa məhkəməsidir".

Milli.Az

Football news:

Barcelona transferred a 5 million Euro bonus to Borussia for Dembele's transfer. Catalans have already paid more than 130 million
Ramos and Benzema out of Real Madrid's bid for the Champions League match with Inter
Griezmann on Messi: I admire Leo, and he knows it. We have a great relationship
Rooney on the possibility of a move to Barca in the 2010/11 season: Thinking about it. Could fit in perfectly
Hooray, in England they will let the audience into the stands again! While up to 4 thousand and not everywhere, but the clubs are happy 😊
Solskjaer about the match with Istanbul: these are the Champions of Turkey, it will be difficult
Gasperini on the nomination for the best coach of the year award: If we beat Liverpool, maybe I'll get a few votes