Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Gürcüstanda dövlət bayraqları endirildi

Gürcüstan və Rusiya arasında 2008-ci ilin avqust ayında baş vermiş müharibədən 14 il ötür.

Publika.az xəbər verir ki, müharibədə həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq Gürcüstanda prezident sarayı, hökumət administrasiyası, parlament binası və digər dövlət idarələrində bayraqlar yarıyadək endirilib.

Xatırladaq ki, 2008-ci ilin avqustun 7-də başlayan Rusiya-Gürcüstan müharibəsi 5 gün davam edib.

Müharibə Rusiya tərəfindən Gürcüstan ərazilərinin işğalı, daha sonra isə Abxaziya və Osetiya bölgələrindəki qondarma qurumların müstəqilliklərinin tanıması ilə nəticələnib.

Buna cavab olaraq rəsmi Tbilisi Moskva ilə diplomatik əlaqələri dayandırıb və hər iki bölgəni işğal olunmuş ərazi olaraq elan edib.

Tural Turan