Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"Hər kəsi salamlayır, rəqs edir" - İlon Mask insanabənzər robotunu dünyaya tanıtdı - VİDEO

"Hər kəsi salamlayır, rəqs edir" - İlon Mask insanabənzər robotunu dünyaya tanıtdı - VİDEO

Texnologiya dünyasına gətirdiyi yeniliklərlə adından söz etdirən elektrik avtomobil nəhəngi Tesla bu dəfə insanabənzər robotu ilə hər kəsi təəccübləndirib.

Musavat.com xəbər verir ki, “Tesla AI Day 2022” təqdimatı zamanı milyarder İlon Mask “Optimus” humanoid robotunun iki prototipini nümayiş etdirib.

Optimus adlanan prototipin tədbir zamanı insanları salamlayaraq rəqs etməsi hər kəsi heyrətləndirib. Optimus eyni zamanda çiçəkləri sulayır, bəzi ev işlərini də görür. O, “Tesla” avtopilotunun təchiz olunduğu eyni sensorlardan istifadə edir.

Optimusun gələcəkdə, məsələn, anbarda fəhlə kimi işləyə biləcəyi də bildirilib. Onun enerjisinin tam olaraq bir iş günü üçün kifayət edəcəyi açıqlanıb.

Mövzu ilə bağlı açıqlama verən İlon Musk, robotu ən qısa zamanda yüksək həcmli və ucuz qiymətə satmağı planlaşdırdığını açıqlayıb. Optimusun alıcılara təxminən 20 min dollara başa gələcəyi bildirilib.

"Optimus çox bacarıqlı bir robot olaraq hazırlanıb, onun bir avtomobildən çox daha ucuz başa gələcəyi gözlənilir. Robot əslində sizə göstərdiyimizdən daha çox şey edə bilir", - deyə İlon Musk bildirib.

Musavat.com