Azerbaijan

Həris insanı gözləyən 2 yol

Hər bir insan istəyir ki, dünyadakı şəraiti yaxşı olsun. Ancaq insan gərək bu yolda həris olmasın və maddi dünyasına görə mənəvi dünyasını unutmasın.

İmam Baqir (ə) həris insan haqqında buyurur: "O qədər həris insan dünya məsələlərini (maddiyyatı) əldə etmişdir və öz bədbəxtliklərinə səbəb olanları hazır etmişdir".

Bu hədis bizə xəbərdarlıq edir ki, həris insanın axırı heç də yaxşı olmur. Həris insanı iki yoldan qeyrisi gözləmir.

Birincisi budur ki, həris insan dünya malına bağlı olduğu üçün daha çox mal əldə etmək yolunda şəxsiyyətini itirər, hətta depressiyaya düşər və ruhi çətinlik çəkər.

İkincisi isə həris insan dünya malına qərq olduğu üçün başqa insanları, xüsusilə də dindarları məsxərə edərlər. "Dünya həyatı kafirlərin gözündə (şeytanın və pis işlərə əmr edən nəfsin vasitəsi ilə) zinətlənmişdir və onlar (yoxsul) möminlərə məsxərə edirlər, halbuki, təqvalılar Qiyamət günü onlardan üstündürlər. Allah istədiyi şəxsə saysız-hesabsız ruzi verir". ("Bəqərə" 212).

Allah Təala bizləri hərislikdən uzaq qərar versin.

Milli.Az

Football news:

Koeman Pro 3:0 with Celta: Proud of the team. The results show that we are on the right track
Milan extended their unbeaten streak to 18 games by beating Rio Ave on penalties in the Europa League qualifier
Arteta on Manchester City in the League Cup: Arsenal are not very lucky with the draw. This is another test
Klopp about losing to Arsenal and Liverpool in the country of dreams, you have to score. Last pass failed
Muller held the UEFA ceremony in the stable. There had Neuer, Kimmich and Evangeliski
Liverpool 4 seasons in a row, cannot get past the 5th round of the League Cup and 2012 wins the tournament
Leno - first Arsenal goalkeeper in 8 years not to miss at Anfield