logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo
star Bookmark: Tag Tag Tag Tag Tag
Azerbaijan

Həyatdan və işdən yorulanlar üçün –

Özünüzü limon kimi sıxılmış, gücsüz, həyatdan yorğun hiss edirsiz? İş-güc, qayğılar çiyinlərinizdə ağır yükdür? İş günündən sonra heç cür bərpa ola bilmirsiz? İstirahət sizi bərpa etmir? İndi bərpa olmağa zaman və pul da çatışmır.

Milli.Az medicina.az-a istinadən işgüzar və həyatda qayğısı çox olub, bütün enerjisini itirən insanlar üçün gücverici möcüzə eliksirlərin reseptini təqdim edir.

Bunlar qədimdən baba-nənələrimizin xilaskarı olub. Bəlkə sizə də elə bu eliksirlər güc, enerji verəcək.

Eliksir 1`

1 çay qaşığı bal, bir kənd yumurtası sarısı və yarım limon şirəsi. Əvvəlcə yumurta sarısı şirə ilə həll olunur, sonra balla qatılır.
Alınmış qarışımı səhər yeməyində qəbul edirsiz.

Eliksir 2

5 ədəd qara gavalı, 3 ədəd əncir qurusu, 2 dilim limon, 2 alma, xörək qaşığı kişmiş

Hamısının üzərinə bir az su alıb, 10 dəqiqə qaynadın, 15 dəqiqə saxlayıb süzün.
Səhərlər için.

ELİKSİR 3

Bir portağalın şirəsini sıxıb, 2 ədəd almanı sürtgəcdən keçirib qatırsız. Qoz ləpəsini narın edib, əlavə edirsiz. Beyni qüvvətləndirən bu qarışımı gündə 2 dəfə qəbul edin

Eliksir 4

1 ədəd limon qaynayan suda 1 dəqiqə saxlanılır. Sonra onu sürtgəcdən keçirirsiz. 20 qr kərə yağı və yarım qaşıq bal qatıb, qarışdırırsız. Çay içən zaman qaşıqla yeyirsiz

Eliksir 5

Yulaf dənlərini 100 qramını 5 stəkan suda bişirin. Kisel kimi qarışım alınmalıdır. Sonra onu süzüb, bura 3 stəkan qaynanmış süd əlavə edin. Eləcə də 3 x.q təmiz bal qatıb qarışdırın. Səhərlər və axşama yeyə bilərsiz

Milli.Az

Themes
ICO