Azerbaijan

"Heç kimə zorla geyindirmirik" -

Bir zamanlar alt geyimi kimi tanınan bodi son günlər ən səs-küylü fotosessiyaların atributuna, dəbdəbəli gecələrin qlamur geyiminə çevrilib.  

Bodi XX əsrin əvvəllərində Fransada əsrəyə gətirilib. Burada isə bodi ilk dəfə gimnast Jülem Leotardın qarderobunda yer alıb və onun şərəfinə "bodi" adlandırılıb. Ancaq həmin vaxt bodi yalnız idman geyimi kimi dəyərləndirilirdi.

Daha sonra ilk dəfə 1950-ci ildə Kleyr Makkardell bodini öz kolleksiyasında təqdim edib. Geyim kimi ilk dəfə onu istifadən edə isə amerikalı model Betti Peyc olub. Həmin ərəfədə bodini yalnız "Playboy" qadınlar və yumor ustaları geyinirdi.

1980-ci illərdə isə amerikalı dizayner Donna Karan bodini gündəlik geyim tərzinə çevirməyi bacardı. Həmin gündən ondan fitneslə məşğul olan məşhur qadınlar istifadə etməyə başladılar. Bir müddət sonra isə bodi idman geyimi sırasından çıxıb, böyük səhnələrə gəldi.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Beyons, Rihanna, Cennifer Lopes, Britni Spirs kimi dünya ulduzlarında görməyə alışdığımız bodi hazırda yerli şou-biznes nümayəndələrinin də qarderobuna daxil olub. Onların konsertlərdə ən çox müzakirə olunan geyimləri, fotosessiyalarında ən çox danışılan amil məhz bodi olur.

Xalq artisti Aygün Kazımova bəlkə də şou aləmində bodidə sevənlərinin qarşısına çıxan ilk məşhur olub. Onun bu tərzdə dəfələrlə fotosessiyaları, konsertləri baş tutub.

Xalq artisti Röya Ayxan da konsertlərində bodi tərzli geyimlərə çox üstünlük verib. Hətta müğənninin son fotosessiyasında bodidən istifadə etməsi başına bəla olub. Belə ki, sənətçinin fotosessiyası plagiat adlandırılıb.

Müğənni Səidə Sultan da ötən il bodidə etdirdiyi fotosessiyasını yayımlayaraq, Röyanın onu təkrarladığını iddia edib.

Müğənni Günay İbrahimli isə 2013-cü ildə "Yaşıl Teatr"da verdiyi konsertdə bodidə tamaşaçıların qarşısına çıxmışdı. Həmin ərəfədə sənətçinin ifasından çox geyimi müzakirələrə səbəb olmuşdu.

Müğənni Nura Suri dəfələrlə bodidə fotosessiyalar etdirib. Sənətçi cəsarətli geyimlərlə tamaşaçı qarşısına ən çox çıxan ifaçılardandır.  

Müğənni Səmra Rəhimli də demək olar ki, bütün çıxışlarında və fotosessiyalarında bodidə görünür. Tamaşaçı onu fərqli bir obrazda görməyib, elə buna görə də ifaçı artıq izləyiciləri təəccübləndirə bilmir.

Müğənni Dilarə Kazımova da hər dəfə bodi geyinərək, tamaşaçıları təəccübləndirməyə çalışır.

Müğənni Nigar Camal bodidə klip çəkdirən, fotosessiya etdirən və konsertlərcdə səhnəyə çıxan məşhurlar sırasındadır. 

Müğənni Rəqsanə İsmayılova sonuncu fotosessiyasında bodi ilə obyektiv qarşısına keçib. İfaçının şəkilləri bodiyə görə yox, fotoşopdan hədsiz istifadəyə görə müzakirələrə səbəb olmuşdu.

Bəs görəsən, illərdir bodidə fotosessiyalar, səhnə çıxışları ölkəmizdə də dəb halını alsa da, niyə tənqid edilir, qəbul olunmur? Müğənnilər nə üçün səs-küy yaratmaq üçün bodidən istifadə edir? Və ya stilistlər "fotosessiya" deyəndə, ilk bodi tərzə müraciət edirlər?

Axşam.az bunla bağlı stilist Elnur Həsənovdan açıqlama alıb. Elnur bodili fotosessiyalardan, tənqidlərdən danışıb. O bildirib ki, dünya ulduzlarının bodidə çıxışlarını alqışlayır, yerli ifaçıları isə top-tüfəngə tuturlar:

"Yəqin biz hələ də alışmamışıq... Başqasında görəndə daha çox bəyənirik. Özümüz edəndə isə səs-küyə səbəb olur. Xarici ulduzlarda görəndə "nə gözəldir" deyib, alqışlayırıq. Bizimkiləri isə qınayır, tənqid edirik. Neçə bodi ilə olan fotosessiyalar var ki, stilistika baxımında uyğunsuzluq yoxdur. Sadəcə, kimə necə yaraşır başqa mövzudur. Biz özümüzdə hər şeyi normal qəbul etmirik.

Biz stilistlər müğənniyə bodidə fotosessiya təklif edirik. Qəbul edən edir, etməyən etmir. Kimsə stilist kimi məndən fikir soruşanda, təklif edirəm. Heç kimə zorla bodi geyindirmirik. Zamanla statistikaya nəzər yetirsək, bodini müğənnilərimiz 10-15 il bundan əvvəldən geyinirlər. Röya 2010-cu ildə, Günay 2013-cü ildə konsertində istifadə edib. Bodi gündəm olmamalıdır. Bütün dünya ulduzları bundan istifadə edir.

Getdikcə hər şey ucuzlaşır, əvvəl daha normal qəbul edilirdi. Sosial şəbəkədə dırnaqarası, qeyri-peşəkar xəbər səhifələri məsələləri qabardırlar. Ona görə də müzakirələr, tənqidlər çoxalır.

Son vaxtlar müğənni Minanın bodidə fotosessiyasını bəyənmədim. Estetik cəhətdən vulqar idi, yaxşı görünmədi. Bodi geyinəndə də göz oxşamalısan".

Milli.Az

Football news:

In Bulgaria, too, there are problems with the virus: there are 16 cases in one team (it seems that it was caused by one player of the opponent). But it reached the semi-finals of the playoffs!
Ronaldo: The fight against racism is not for the sake of blacks, but for the sake of each of us. No one is born a racist
Joleon Lescott: Messi and Ronaldo are super freaks! Sterling follows them
Maurizio Sarri: Now is not the time to think about Lyon. Atalanta is very good, it is difficult to play against them
De Bruyne has no intention of leaving Manchester City, even if the club is banned from the Champions League
Zlatan on Rangnick in Milan: I don't even know who it is
Abraham fulfilled the conditions for an automatic extension of his contract with Chelsea until 2023