Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

İlan sancmasından ölən adam arvadına təsirli mesaj göndərdi

Zəhərli ilan sancdıqdan sonra dünyasını dəyişən kişi ölməzdən əvvəl həyat yoldaşına təsirli səsli mesaj göndərib.

Milli.Az bildirir ki, bu barədə "Daily Mirror" yazıb.

40 yaşlı Sebastyan Viker Mozambikdə safari təşkil edib. Səyahətlərinin birində müştəriləri camışları seyr edərkən kişiyə ilan hücum edib. Vikerə dərhal ilan zəhərindən zərdab vurulub, bunun da müştərilərin birində olduğu ortaya çıxıb, və sonra xəstəxanaya aparılıb. Səyahət təxminən 45 dəqiqə çəkib.

Vikeri xilas etmək üçün xüsusi antidot tələb olunub, lakin xəstəxanada o olmayıb. Ölüm ayağında olan xəstəyə ağrıkəsici vurulub və o helikopterlə özəl klinikaya göndərilib. Yolda kişi həyat yoldaşına sevgisini etiraf etdiyi səsli mesaj yazdırmağı bacarıb. Mesajı alan qadın cavab yazanda kişi artıq ölüb.

"Onun iş yoldaşlarından biri ağlaya-ağlaya mənə zəng edib dedi ki, o ölüb. Sonra sadəcə göz yaşlarına boğuldum. Hələ də şokdayam. Keçən il Sebastyan camışların hücumuna məruz qalmışdı. İlanlar orda çox nadir hallarda sancır. Bu, son 30 ildə ilk belə haldır", - deyə Vikerin həyat yoldaşı bildirib. O, ərinin qara və ağ kobra və ya qara mamba tərəfindən hücuma məruz qaldığını deyib.

İrfan Vəliyev
Milli.Az