Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

İranda internetə giriş bloklandıqdan sonra İlon Mask hərəkətə keçdi - Starlink aktivləşdirildi

İranda internetə giriş bloklandıqdan sonra İlon Mask hərəkətə keçdi - Starlink aktivləşdirildi VİDEO

İranda davam edən MƏhsa Əmini etirazlarında 41 nəfər həyatını itirib.

Küçələr xarabalığa çevrilərkən İran rejimi insanların internetə çıxışına mane olub.

Musavat.com xəbər verir ki, məşhur milyarder Elon Musk, ABŞ-ın iranlılara təklif etdiyi internet xidmətlərinin əhatə dairəsini genişləndirməyə icazə verən ümumi lisenziya verdikdən sonra İranda peyk internet sistemi Starlink-i aktivləşdirdi.

Qeyd edək ki, İranın paytaxtı Tehranda sentyabrın 13-də əxlaq polisi kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra gördüyü işgəncələrə görə xəstəxanaya aparılan Məhsa Əmini sentyabrın 16-da dünyasını dəyişib. Tehran Polis İdarəsi Məhsa Əmininin ölümü ilə bağlı verdiyi açıqlamada Əmininin uyğun olmayan baş örtüyünə görə saxlanıldığını, daha sonra heç bir fiziki təmas olmadığını, onun polis idarəsində huşunu itirdiyini bildirib.

İran'da internet erişiminin engellenmesi sonrası devreye Elon Musk girdi! Starlink uydusu artık aktif – HepCanli.com

Sentyabrın 16-da Əmininin ölümündən sonra “əxlaq polisi” və “məcburi hicab” praktikasına etirazlar davam edir. İran dövlət televiziyasında yayımlanan xəbərə görə, ölkə daxilində baş verən etirazlarda polis məmurları da daxil olmaqla 41 nəfərin həyatını itirdiyi açıqlanıb. Xəbərin davamında ölkə daxilində ölənlərin sayı ilə bağlı İran rəsmiləri tərəfindən rəsmi açıqlama veriləcəyi vurğulanıb.

Etiraz nümayişlərinin davam etdiyi İranda ABŞ-ın iranlıların internetə çıxışını asanlaşdırmaq üçün atdığı addımdan sonra Elon Maskdan yeni addım atılıb. Mövzu ilə bağlı ABŞ dövlət katibi Antoni Blinkenin Twitter-dəki paylaşımına cavab verən Mask, “Starlink-i aktivləşdiririk”, -deyə bildirib.

STARLINK NƏDİR?

Starlink kosmosa əsaslanan sistemdir. SpaceX uzun illərdir ki, dünyanın təmin olunmayan yerlərində internetə çıxışı asanlaşdırmaq üçün üzərində işləyir. Elon Musk tərəfindən qurulan SpaceX, Starlink peykləri ilə yer orbitində 12 min peykdən ibarət şəbəkə qurmağı planlaşdırır. Layihənin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Musavat.com