Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

İranın Gürcüstandakı səfirliyi önündə AKSİYA keçirildi - FOTO

İranın Gürcüstandakı səfirliyi qarşısında piket keçirilib.

Publika.az xəbər verir ki, aksiya "Gürcüstan Naminə Partiyası"nın təşkilatçılığı və üzvlərinin iştirakı ilə baş tutub.

Aksiyada partiyanın lideri Fazil Əliyev, İranın SEPAH-a bağlı teleqram kanalının Azərbaycan prezidentinin fotosonu paylaşaraq təhdid etdiyini bildirib. Onun sözlərinə görə, bu addım dünyada yaşayan türkləri qəzəbləndirib.

O, həmçinin İranda etiraz aksiyasında iştirak edənlərə qarşı zorakılıq törədildiyini və İran hökumətindən bunları dayandırmağı tələb edib. Aksiyanın sonunda İran İslam Respublikasına "Gürcüstan Naminə Partiyası"nın adından yazılmış Bəyanat oxunub.

Tural Turan