Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Kasilyas Şakira ilə eşq yaşayır? -

"Real"ın sabiq qapıçısı İker Kasilyas kolumbiyalı müğənni Şakira ilə sevgili olduqları barədə yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, tərəflər İnstaqram hesablarından bir-birlərini izləməyə aldıqlarından sonra onların sevgili olduğu haqda söz-söhbətlər yaranmağa başlayıb.

Kasilyas isə İnstaqram hesabının "History" bölümündə etdiyi paylaşımlarla bu məlumatları ələ salıb və təkzib edib. O, həmin xəbər başlıqlarını ayr-ayrı paylaşıb.

Bununla da 41 yaşlı keçmiş qolkiper Şakira ilə bir-birlərini izləməyə almalarının sevgili olduqları mənasına gəlmədiyinə və məlumatların şayiə olduğuna işarə edib.

Qeyd edək ki, Şakira iyunun 4-də "Barselona"nın futbolçusu Jerar Pike ilə 11 illik münasibətinə son qoyub. Bildirilirdi ki, buna səbəb müdafiəçinin xəyanət etməsi olub.

Milli.Az