Azerbaijan

Koronavirusun ikinci dalğasına yoluxmamaq üçün NƏ EDİLMƏLİDİR? -

Ölkəmizdə koronavirusa yoluxanların sayının üç rəqəmliyə keçməsi narahatedici bir haldır.

Milli.Az xəbər verir ki, bu statistikanın xeyirimizə dəyişməsi üçün İSİM-in Səhiyyə Siyasəti və Planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov bir neçə məsləhət verib.

Doktor yaşı 65-dən yuxarı olan vətəndaşları daha diqqətli olmağa çağırıb:

"Artıq hər bir vətəndaş üçün yaddaşça olmalıdır. Hər bir şəxs, hər bir vətəndaş öz yaddaşına həkk etdirməlidir ki, koronavirus infeksiyasından özünü, ailəsini, yaxınlarını qorumaq üçün mütləq maska taxmalıdır. İctimai yerlərdə iki nəfərdən çox adam olduqda, hətta iki nəfər yaxın-yaxın durub söhbət etdikdə belə maskada olmalıdırlar. Bundan əlavə, əllərin gigiyenası, sosial məsafənin saxlanılması və lazım olmadıqda evdən çıxılmaması vacibdir. 65 yaşdan yuxarı vətəndaşlarımıza icazə verilib. Bu o demək deyil ki, hamı küçədə olmalıdır, gedib gəzməlidirlər, şaşki, şahmat, nərd oynamalıdırlar. Açığı tövsiyə edirik ki, yaşından asılı olmayaraq bütün vətəndaşlarımız - uşaq, cavan, böyük və ahıl insanlarımız mütləq fiziki aktivliklərini təmin etməlidirlər. Fiziki aktivliyin tövsiyə olunan minimum həddi gün ərzində 10 min addımdır. Parklar artıq açılıbdır. Bakıda və digər iri şəhərlərimizdə yaşayanlar kütləvi şəkildə olmamaq şərtilə onlar parklarda, həyətlərdə, küçələrdə gəzə bilərlər. Lakin gəzməmişdən əvvəl tövsiyə edərdim ki, bizim yaşlı vətəndaşlarımız poliklinika həkimi ilə əlaqə saxlasınlar. Onların ümumi sağlamlıq, hazırki sağlamlıq durumundan asılı olaraq 10 min addım ilk dəfədən məsləhət görülməyə də bilər. Yəni, tədricən o addımların sayını və gəzmə müddətini artıra bilərlər".

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 15-də verdiyi qərar ayın 18-dən qüvvəyə minib. Qərar mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə nəzərdə tutulub. Qərara əsasən yaşayış yerini SMS icazə ilə, "icaze.e-gov.az" portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunub. Bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülüb. Restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək nəzərdə tutulur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla-red).

Təhməz Təkin
Milli.Az

Football news:

In Bulgaria, too, there are problems with the virus: there are 16 cases in one team (it seems that it was caused by one player of the opponent). But it reached the semi-finals of the playoffs!
Ronaldo: The fight against racism is not for the sake of blacks, but for the sake of each of us. No one is born a racist
Joleon Lescott: Messi and Ronaldo are super freaks! Sterling follows them
Maurizio Sarri: Now is not the time to think about Lyon. Atalanta is very good, it is difficult to play against them
De Bruyne has no intention of leaving Manchester City, even if the club is banned from the Champions League
Zlatan on Rangnick in Milan: I don't even know who it is
Abraham fulfilled the conditions for an automatic extension of his contract with Chelsea until 2023