Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Metroda əlbəyaxa dava -

Moskva metrosunda əlbəyaxa dava olub.

Milli.Az bildirir ki, davanın videosu Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin saytında yerləşdirilib.

Davanın təşəbbüskarı həbs edilib.

"Müəyyən edilib ki, axşam saatlarında "Kuntsevskaya" metrostansiyasının "Arbatsko-Pokrovskaya" xəttində yerləşən platformasında 37 yaşlı kişiyə naməlum şəxs yaxınlaşıb və onun xarici görünüşü ilə bağlı irad tutub. Bundan sonra aqressiv sərnişin zərərçəkənin başına və bədəninə ən azı on yumruq və təpik vuraraq hadisə yerindən qaçıb", - nazirlikdən bildirilib.

Müqavimət göstərən zərərçəkən xəstəxanaya yerləşdirilib. Davanın təhrikçisi paytaxt metrosunun patrul xidməti tərəfindən əlavə araşdırmalar üçün şöbəyə aparılıb.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 116-cı maddəsi ("Döymə") ilə cinayət işi başlanıb.

İrfan Vəliyev
Milli.Az