Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Narkomanlardan şikayətçi olan qadın Lalə Azərtaşın müəlliməsi olub

Narkomanlardan şikayətçi olan qadın Lalə Azərtaşın müəlliməsi olub

Yaşadığı ərazidə narkomanların artdığını və onlardan şikayətçi olması ilə sosial şəbəkələrin gündəmindən düşməyən Gülağa müəllimə "Ümidlə gəl" ictimai-sosial verilişində qonaq olub.

Day.Az bizim.media-ya istinadən xəbər verir ki, Gülağa müəllimə proqramda məşhur aparıcı məşhur Lalə Azərtaşın sinif rəhbəri olduğunu açıqlayıb.  

"Mən Lalə Azərtaşın, sinif rəhbəri olmuşam. O mənim yanıma hazırlıqlara gəlib. Bütün tələbələrimə öz balam kimi yanaşmışam. Lalə heç zaman söz çevirməzdi. O, mənim balamdı", - deyə Gülağa müəllimə bildirib.  

O, həmçinin, sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədova da dərs dediyini açıqlayıb.