Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

O, deyirdi: "Elm adamı özü-özünə alim deyə bilməz"

O, deyirdi: "Elm adamı özü-özünə alim deyə bilməz"

Azərbaycan Dövlət Televiziyası (AzTV) sentyabrın 21-də 89 yaşında vəfat edən Azrbaycan Texniki Universitetinin (AzTU) professoru Çingiz Əfəndiyevlə bağlı geniş videomaterial hazırlayıb.

Day.Az xəbər verir ki videomaterialda Çingiz Əfəndiyevin həyat və yaradıcılığından, onun Azərbaycanın televiziya və radio sahəsinə verdiyi töhvələrdən bəhs olunur.

Qeyd edək ki, Ç.Əfəndiyev 1933-cü il sentyabrın 19-da Bakıda anadan olub. 1956-cı ildə Odessa Elektrotexnika Rabitə İnstitutunun Radiorabitə və radioyayım fakültəsini bitirib. 1967-ci ildən Azərbaycan Politexnik İnstitutunda (indiki AzTU) fəaliyyətə başlayıb. 1974-cü ildə Televiziya və radiosistemlər kafedrasının müdiri, 1988-1996-cı illərdə isə Radiotexnika fakültəsinin dekanı vəzifəsində çalışıb. 1991-ci ildə professor elmi adını alıb.

1996-2006-cı illərdə Türkiyənin On Doqquz May Universitetinin Mühəndislik fakültəsində professor vəzifəsində işləyib. 2007-ci ilin yanvar ayından AzTU-nun professoru vəzifəsində çalışıb. 130-a yaxın elmi əsərin, 12 kitabın və 2 monoqrafiyanın müəllifidir.

AzTV Çingiz Əfəndiyev barədə hazırladığı süjeti təqdim edirik: