Azerbaijan

Paşinyandan ruslara “İsgəndər” zərbəsi...

Nikol Paşinyan Serj Sarkisyanın “İsgəndər” raketlərindən vaxtında istifadə etməmək iddiasına cavabında bildirib:

- Qoy sual versin (Serj Sarkisyan) niyə “İsgəndər” raketləri partlamadı? Yaxud niyə 10 faiz partladı?.. Bəlkə bu, 80-ci illərin silahı idi?

Paşinyan Sarkisyana demək istəyir ki, “mən sizin qurduğunuz ordu və silahlarla döyüşdüm, fəxr etdiyiniz “İsgəndər”lər də işləmədi”. Hərçənd, erməni baş nazir əslində Sarkisyan üzərindən Rusiyanı hədəfə alır.

Birincisi, Nikol uzun müddətdən sonra səssizliyini indi – müxalifətin etirazlarının təhlükəli miqyas almağa başladığı vaxt pozdu;

İkincisi, müsahibəni “1in.am” saytına – Ermənistanda qatı qərbpərəst və anti-Rusiya mövqeyi ilə seçilən media resursuna verdi;

Hazırda Qərb və Rusiyanın erməni müxalifəti üzərindən alternativ planlar qurduğunu nəzərə alsaq, etirazlar fonunda Nikolun hər iki cinaha mesajını çatdırdığını deyə bilərik: Qərbə “mən hələ də sizinləyəm”, Rusiyaya “təhlükə yaranarsa, sizə qarşı çıxa bilərəm”.

Erməni baş nazir bununla özünü də çətin vəziyyətə saldı:

- Bir işarə ilə “İsgəndər” haqqında artıq şübhə toxumları səpmiş oldu, II Qarabağ müharibəsində müdafiə sənayesi çətin vəziyyətə düşən Rusiyanın bunu bağışlayacağı çətindir;

- Bu, Ermənistanın müharibədə “İsgəndər”dən istifadə etdiyinin birinci şəxs tərəfindən etirafı hesab oluna bilər.

Asif Nərimanlı


Football news:

Ibra will be torn between matches and the festival in Sanremo for a week. 4 musical evenings and 2 matches in 6 days
The champion of China, Jiangsu Sunding, announced the termination of its activities. Inter is owned by the same company
Ex-goalkeeper of the national team of Argentina Cavaliero killed a man
Schalke has sacked head coach Gross and the sports director. The team is last in the Bundesliga
Werner on Chelsea: The period when I didn't score was the worst of my career
Ole Gunnar Solskjaer: You're in the wrong place if you're at Manchester United and you like to lose. I may be the worst loser in the club
Ko vid-masks of the Leopard are recognized as the best in Spain. Efficiency - 94%