Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"Putini ağır qızıl xaçlar xilas edə bilməz"

"Vladimir Putini nə güc, nə ordu, nə də sərvət xilas edə bilməz. Hərbi cinayətkarlar üçün təmizlik yeri yoxdur, onlar cəhənnəmə gedirlər".

Milli.Az publika.az-a istinadla xəbər verir ki, bunu Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa Nyu-Yorkda (ABŞ) Rusiyanın işğalı qurbanlarının anım mərasimi zamanı bildirib.

"Minlərlə ukraynalı kişi və qadın öz millətini və övladlarının gələcəyini qorumaq üçün ayağa qalxdı və düzünü desəm, bununla bütün Avropa qitəsini və onun hüdudlarından kənarı qoruyurlar. Onlar qəddar düşmənə qarşı vuruşurlar: Öldürməyə, məhv etməyə, oğurlamağa və alçaltmağa gələn düşmənə. Hərbçi ilə mülki arasında fərq qoymayan düşmənə. Özünü heç bir norma və qayda ilə bağlı saymayan düşmənə", - Kislitsa bildirib.

Diplomat xatırladıb ki, Putin və ətrafının nümayişkaranə dindarlığı da onlara Ukraynadakı qanlı müharibəyə görə cəzadan yaxa qurtarmağa kömək etməyəcək.

"Nə güc, nə ordu, nə də sərvət bədxah Putini və onun bədxah əlbirlərini Allahın qəzəbindən xilas edə bilməz. Onlardan bəziləri düşünə bilər ki, Allah pisləri mühakimə etmək üçün çox məhəbbətlidir. Putin və pərəstişkarları ağır qızıl xaç taxıb şamanlar və Qundyayevlərlə birlikdə gəzə bilərlər. Mən səfir olaraq Putinə xəbərdarlıq etdim: Müharibə cinayətkarları üçün təmizlik yeri yoxdur, onlar birbaşa cəhənnəmə gedirlər - Tövbə etmədi", - Kislitsa bildirib.

Diplomat vurğulayıb ki, düşmən hər gün ukraynalı müdafiəçiləri və dinc sakinləri qətlə yetirir. 

Kislytsya deyib ki, Ukrayna xalqı mövcud olmaq hüququ üçün ən yüksək qiyməti ödəyir. Bununla belə, o, Ukraynanın qalib gələcəyinə əmindir.

Milli.Az