Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Putinin keçmiş arvadı: "Onun maymaq olduğunu tək mən bilirdim, indi bütün ölkə biləcək..."

Rusiya prezidenti Vladimir Putinin həyat yoldaşı Lüdmila Putina ilə boşanmasını elan etmə tərzi onun şəxsiyyətini "tam mənasında səciyyələndirir".

Publika.az xəbər verir ki, bu sözləri "Qordon" internet nəşrinin baş redaktoru Alesa Batsmana müsahibəsində tanınmış teleaparıcı Yevgeni Kiselyov deyib.

Kiselyovun sözlərinə görə, Vladimir və Lüdmilanın münasibətləri "mürəkkəb" olub və siyasi texnoloqların qənaətincə, onlar hələ Putin prezident olmazdan öncə boşanmalı idilər.

"Lüdmilanın öz ərinə skeptik, hətta deyərdim ki, nifrətlə yanaşması barədə müxtəlif əhvalatlar qulağıma çatıb", - Kiselyov bölüşüb. O cümlədən, jurnalist onun Putin barədə "Birinci şəxsin adından" adlı kitaba münasibətini xatırladıb. Kitabda həyatının müxtəlif dönəmlərində onu tanıyan insanların Putin haqqında müsahibələri, söylədikləri fikirlər yer alıb.

"Mən belə anlayıram ki, bu müsahibələr əsasında nəsə rabitəli mətn yazmaq alınmadığından, onlar hər şeyin olduğu kimi qalmasına qərar verib... Lüdmila bu kitabı oxuyandan sonra, - mən bunu dəqiq bilirəm, - rəfiqəsinə deyib:

"Nə deyim, onun maymaq (rusca - "идиот") olduğunu əvvəllər yalnız mən bilirdim, indi bütün ölkə biləcək". Amma onu da deyim ki, Lüdmila bundan daha sərt ifadə işlədib", - Kiselyov bəyan edib. Teleaparıcı dəqiqləşdirib ki, bu söz "мудак" olub.

"Buna baxmayaraq, onlar uzun müddət birgə yaşayıb, sonradan boşanıblar. Görün Putin bu barədə necə deyib: "Hə, yeri gəlmişkən, biz Lüdmila ilə ayrılmışıq, sizə məlumat verirəm".

Bax, belə rahatlıqla, şıltaqcasına deyib. Məncə bu, onun şəxsiyyətini dolğun səciyyələndirən çox gözəl epizoddur. O, uzun illər birgə yaşadığı həyat yoldaşından boşanmasını bax beləcə açıqlayıb", - jurnalist əlavə edib.

P.S. 2016-cı ildə "Sobesednik" nəşri məlumat verib ki, keçmiş birinci xanımın soyadı Oçeretnayadır. O, şəxsiyyətlərarası kommunikasıyaların inkişafı Mərkəzinin rəhbəri Artur Oçeretnıya ərə gedib. Rusiya və Qərb KİV-lərinin məlumatına görə, Putinin uzun illər bədii gimnastika üzrə Olimliya çempionu, özündən 31 yaş kiçik olan Alina Kabayeva ilə şəxsi münasibətləri var.

"Well Street Journal" məlumat verib ki, Amerika hakimiyyətinin məlumatına görə, o, Putindən ən azı üç uşaq dünyaya gətirib.

Bundan başqa, Rusiya KİV-lərin məlumatına görə, Putinin 2003-cü ildə, hələ rəsmən nikahda olanda, Yelizaveta adlı nikahdankənar qızı doğulub. Qızın anası hazırda "Rossiya" bankının minoritar səhmdarı olan Sankt-Peterburq sakini Svetlana Krivonoqixdir. KİV-lər qeyd edib ki, Yelizaveta "fenomenal" olaraq Putinə bənzəyir.

2016-cı ildə şəxsi həyatı barədə suala Putin belə cavab verib: "Bəlkə nə zamansa sizin marağınızı təmin edərəm. Düzünü desəm, bilmirəm, bu, məzənnəyə, neftin qiymətinə necə təsir edə bilər".